Rusiyanın Moskva vilayətində "Patriot" parkında ildırım vurması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
"Hazırda bir nəfərin vəziyyəti ağır qiymətləndirilir, daha iki nəfərin vəziyyəti orta ağırdır", - deyə idarədən bildirilib.
Üç qurbandan biri - 67 yaşlı kişi kliniki ölüm keçirib. Ona həmçinin kəllə-beyin travması diaqnozu qoyulub. Digər qurbana beyin silkələnməsi və kəllə-beyin travması diaqnozu qoyulub.
Eyni zamanda, mənbənin sözlərinə görə, ildırım vurması nəticəsində xəsarət alan iki qadının vəziyyəti qənaətbəxşdir.
Rəylər