Rusiyanın paytaxtı Moskvada qəribə hadisə baş verib.
56 yaşlı Mixailin yoldan keçən və tanımadığı insanlar arasında bir qızdan xoşu gəlib. Onunla tanış olmaq üçün Mixail qızın ətrafındakı dostlarına qılıncla hücum edib.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Mixail qılıncını çıxararaq gəncləri hədələməyə və qızı öz yanına çağırmağa başlayıb.
Qızın dostları butulka ilə onun başına vuraraq zərərsizləşdiriblər, daha sonra isə polisə təhvil veriblər.
Mixailə qarşı xuliqanlıq maddəsi üzrə cinayət işi açılıb və hazırda iş Moskva Prokurorluğunun nəzarətindədir.
Rəylər