Rusiyada uşaqlar spirtli içki içdikləri təqdirdə valideynlərin cəzalandırılması təklif edilib.
Oxu.Az-ın "RIA Novosti"yə istinadla verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının deputatı Sultan Xamzayev bu təkliflə çıxış edib.
"Hesab edirəm ki, uşaqların spirtli içki qəbul etməsi halında valideynlər üçün inzibati məsuliyyət tətbiq edilməlidir", - deyə o bildirib.
Xamzayev qeyd edib ki, hazırda yetkinlik yaşına çatmayan uşaqları spirtli içki qəbul edən valideynlər üçün, demək olar ki, heç bir inzibati məsuliyyət yoxdur.
Deputat, həmçinin qeyd edib ki, Rusiyada dəfələrlə məhz valideynlərin nəzarətinin olmaması səbəbindən uşaqların spirtli içki qəbul etməsi halları baş verib.
Xatırladaq ki, Rusiya Dövlət Dumasında bundan əvvəl valideynlərin boşanması zamanı səkkiz yaşdan yuxarı uşaqların atalarına verilməsi və uşaq sahibi olmayan ailələrin vergi ödəməsi kimi qalmaqallı təklifləri verilib.
Rəylər