Əvvəllər rusiyalı senator, oliqarx və milyarder Süleyman Kərimova məxsus olan superyaxta Türkiyədə içində sərnişinlər olan yaxtanı vurub.
Bu barədə Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir.
Bodrum yaxınlığında 90 metrlik "Ice" superyaxtası ilə kiçikmotorlu "A.MEY" yaxtası toqquşub. "A.MEY"in göyərtəsində uşaqlar da daxil olmaqla, təxminən 10 nəfər olub.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Qəza zamanı hər iki gəmiyə ciddi ziyan dəyib.
Qeyd edək ki, 90 metrlik "Ice" yaxtası 2005-ci ildə tikilib və əvvəllər Süleyman Kərimova məxsus olub. Lakin 2015-ci ildə Kərimov yaxtanı satıb. İddialara görə, yaxtanı Ekvatorial Qvineyanın vitse-prezidenti Teodoro Nqema Obianq Manqe alıb.
Rəylər