Rusiyada qeyri-strateji nüvə qüvvələri təlimlərinin ikinci mərhələsi başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Rusiya prezidentinin qərarına əsasən, qeyri-strateji nüvə qüvvələri təlimlərinin ikinci mərhələsinə başlanılıb", - deyə məlumatda bildirilib.
Təlimlər zamanı Rusiya və Belarus silahlı qüvvələrinin bölmələrinin qeyri-strateji nüvə silahlarının döyüş istifadəsi üzrə birgə hazırlıqları məsələləri işlənəcək.
Xatırladaq ki, təlimin birinci mərhələsi çərçivəsində Cənub Hərbi Dairəsinin raket birləşmələrinin şəxsi heyəti tərəfindən "İsgəndər" operativ-taktiki raket kompleksi üçün təlim xüsusi döyüş sursatlarının əldə edilməsi və s. məsələlər üzərində işlənilib.
Rusiyanın nüvə təlimlərindən görüntülər
Mənbə: TASS