Şimali Koreya hakimiyyəti Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq və sərhədi qalaya çevirəcək.
Oxu.Az-ın Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbərinə görə, bu barədə Koreya Xalq Ordusunun Baş Qərargahının bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Cənubi Koreyaya bitişik sərhədin daimi olaraq bağlanması və bloklanması qərarı özünümüdafiə, müharibənin qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirdir.
Rəylər