KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In pilotsuz təyyarələrin sınaqlarında iştirak edib və infrastrukturun inkişafı üçün yeni istiqamət müəyyən edib.
Oxu.Az bu barədə iz.ru-ya istinadən xəbər verir.
Məlumata görə, Kim Çen In Müdafiə İnşaatı Akademiyasının Pilotsuz Uçuş Tədqiqat İnstitutunda yaradılan pilotsuz uçuş aparatları ilə tanış olub. Müxtəlif zərbə zonalarında istifadə edilən pilotsuz uçuş aparatları quruda və dənizdə düşmənin ixtiyari hədəflərinə hücum etmək üçün nəzərdə tutulub.
Pilotsuz təyyarələrin sınaqlarının tamamilə uğurlu olduğu iddia edilir.
Rəylər