Slovakiyanın cənubunda avtobusla qatarın toqquşması nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.
Bu barədə Slovakiyanın xilasetmə xidmətinin əməliyyat mərkəzi məlumat yayıb. Bundan əvvəl beş nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, hadisə iyunun 27-də Bratislavadan 110 kilometr şərqdə baş verib. Praqa-Budapeşt marşrutu ilə hərəkət edən sərnişin avtobusu naməlum səbəblərdən sürətli qatarla toqquşub. Ölənlərin hamısı avtobus sərnişinləridir. Xilasedicilərin sözlərinə görə, daha beş nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır. Təbii fəlakətin baş verdiyi əraziyə Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matus Şutay-Eştok baxış keçirib.
Mənbə: TASS
Rəylər