"Qərb ölkələri Rusiyanı zəiflətmək üçün Ukraynada döyüşlərin davam etdirilməsini istəyirlər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
"Qərb Ukraynada müharibə istəyir", - Fitso bildirib.
Baş nazirin sözlərinə görə, Qərb ölkələri Rusiyanı diz çökdürmək üçün Ukraynanı dəstəkləməyə davam edir.
Qeyd olunur ki, Fitso sülh sazişinin tezliklə bağlanmasında israrlıdır.
Slovakiyanın baş naziri: "Qərb Rusiyanı diz çökdürmək istəyir"
Rəylər