Vahid Avropa ordusunun yaradılmasına ehtiyac yoxdur, çünki o, NATO-nun funksiyalarını təkrarlayacaq.
Bu barədə Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq "Economist" jurnalına müsahibəsində bildirib.
"Mən Avropa İttifaqının (Aİ) müdafiə xərclərinin artırılmasını alqışlayıram, lakin Aİ NATO-nu əvəz edə bilməz. NATO-nun avropalı tərəfdaşları alyansın ümumi müdafiə xərclərinin 20%-ni təşkil edir", - siyasətçi bildirib.
Bu baxımdan o, blokun müdafiə xərclərinin 80%-nin Aİ-yə daxil olmayan ölkələrin payına düşdüyünü vurğulayıb.