Tacikistan Üləmalar Şurasının sədri Səidmukarram Abdulkodirzoda Düşənbənin mərkəzi məscidi yaxınlığında bıçaqlanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, cinayətkar saxlanılıb.
Qeyd olunub ki, faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Din xadimi yüngül xəsarət alıb və tibbi müayinədən sonra evə göndərilib.
Rəylər