Əfqanıstanın Norveç səfirliyi bağlanır. Bu addım "Taliban"ın keçmiş hökumət tərəfindən yaradılmış diplomatik missiyaları, o cümlədən Norveçdəki missiyanı artıq tanımadığını bildirməsindən sonra atılıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Əfqanıstan hökumətinin nəzarətində olan Norveçdəki səfirliyi bəyanat yayıb.
Bildirilir ki, diplomatik missiya sentyabrın 12-də bağlanacaq. Onların sözlərinə görə, "Taliban" onlarla əməkdaşlıq etməyən siyasi qurumların konsulluq fəaliyyətinin etibarsız olduğunu bildirməsindən sonra səfirlik üçün hüquqi problemlər yaranıb.
"Norveçin Xarici İşlər Nazirliyindəki səlahiyyətlilər "Taliban"ın bəyanatının məzmununu hüquqi problem kimi qiymətləndirib və onu məcburi hesab edirlər. Səfirlik binasının Norveç XİN-ə təhvil veriləcəyi açıqlansa da, bundan sonra rəsmi Oslonun binanı "Taliban"a təhvil verib-verməyəcəyi bəlli deyil", - deyə səfirlik qeyd edib.
Rəylər