"Birləşmiş Ştatlar yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski ilə qarşı-qarşıyadır".
Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.
"Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir. Üçüncü Dünya müharibəsinin başlamaq ehtimalı var", - deyə Tramp Miçiqan ştatının Detroit şəhərində xalqın qarşısında çıxışı zamanı bildirib.
Xatırladaq ki, Tramp verilişlərin birinə müsahibəsi zamanı bildirib ki, 2016-cı ildə prezident seçkisində sabiq dövlət katibi Hillari Klinton seçilsəydi, ABŞ Şimali Koreya ilə nüvə münaqişəsinə cəlb olunacaqdı.
Mənbə: TASS