Əgər "Meta" şirkəti ABŞ-də prezident seçkisində Donald Trampa qarşı sui-qəsd hazırlayarsa, Mark Zukerberq ömrünün qalan hissəsini həbsdə keçirə bilər.
Oxu.Az "Politico"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti bildirib.
"Əgər o bu dəfə qeyri-qanuni bir iş görsə, ömrünün qalan hissəsini həbsxanada keçirəcək - 2024-cü il prezident seçkisində saxtakarlıq etmiş digərləri kimi", - deyə Tramp gələn həftə buraxılması planlaşdırılan kitabında yazıb.
ABŞ prezidentliyinə namizəd Zukerberqin 2020-ci il seçkisi zamanı ona qarşı sui-qəsd hazırladığına inanır. Tramp Zukerberqi yenidən sui-qəsd cəhdinə görə həbsxanaya göndərməklə hədələyib.
Tramp Zukerberqi həbslə hədələyib
Rəylər