ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri təyin etdiyi Maykl Uolts hazırkı administrasiyasının Ukraynaya Rusiya ərazisinin daxilinə zərbələr endirmək üçün icazə vermək qərarını pisləyib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalının efirində danışıb.
"Prezident Tramp böyük strategiyanın zəruriliyindən danışır", - Uolts qeyd edib.
Müşaviri bildirib ki, o və Prezident Tramp strateji suallar üzərində işləyəcəklər.
Uolts əlavə edib ki, Tramp seçki kampaniyasında vəd etdiyi kimi, Ukraynada sülhün bərqərar edilməsi üçün komanda toplayıb.
Rəylər