Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Türkiye gazetesi": "Bəşər Əsəd Türkiyəyə danışıqlar təklifi göndərib"
Suriya Prezidenti Bəşər Əsəd ölkədə baş verən son hadisələr fonunda Türkiyə ilə təmaslar axtarmağa başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Türkiye gazetesi" öz mənbələrinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Suriya lideri iki vasitəçi ilə Türkiyə hakimiyyətinə danışıqlar təklifi göndərib.
"İndiyə qədər Əsəd Türkiyənin ona uzatdığı əli havada qoymuşdu", - deyə qəzet Türkiyə hakimiyyətinin Suriya ilə münasibətləri normallaşdırmaq təşəbbüslərini xatırladıb.
Xatırladaq ki, noyabrın 27-də səhər saatlarında "Cəbhət ən-Nusra" ekstremist qruplaşması ərəb respublikasının şimalında geniş cəbhədə irimiqyaslı hücum həyata keçirib. Suriya Silahlı Qüvvələrinin komandanlığının bəyanatına görə, terrorçular Suriya ordusunun mühafizəsi altında olan kənd və qəsəbələrə, hərbi obyektlərə hücum etməyə cəhd göstərib və hökumət qüvvələrinin mövqelərinə hücumları davam etdiriblər. Suriya ordusu hücumu dəf etmək üçün əməliyyata başlayıb. Noyabrın 30-da ölkənin Silahlı Qüvvələrinin komandanlığı bildirib ki, ordu Hələb şəhərinin bir çox məhəllələrinə nüfuz edə bilən terrorçuların mövqelərinə zərbələr endirir və dəstək qüvvələri gözləyir. Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Suriya ordusu mülki əhalinin və hərbçilərin həyatını xilas etmək, həmçinin əks hücuma hazırlaşmaq üçün qüvvələrini yenidən toplamaq məcburiyyətində qalıb.
"Bəşər Əsəd" teqi üzrə xəbərlər
- Azad Suriya Ordusu SEPAH-ın silah anbarını ələ keçirib
- Peskov: "Rusiya Əsədi dəstəkləməyə davam edir"
- Əsəd: "Suriya dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadirdir"
- Suriya yenidən gündəlikdə - "Hizbullah" və HƏMAS-dan sonra növbə Bəşər Əsədə çatır
- Suriya İsrailə hücum üçün İrana icazə verməyəcək?
Rəylər