Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə aeroportda uşağı unitaza atan rusiyalı qadının taleyinə aydınlıq gətirilib
Antalya şəhərində hava limanının tualetində yenidoğulmuş qızını tərk edən rusiyalı qadın Türkiyədə mühakimə olunacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "RIA Novosti" vəkil Ayşegül Kübra Polata istinadən məlumat verib.
"Hadisə burada baş verdiyi üçün məhkəmə Türkiyə qanunvericiliyinə əsasən, ölkəmizdə keçiriləcək, bundan sonra nə olacağı məlum deyil", - deyə hüquqşünas bildirib.
Xatırladaq ki, 18 yaşlı rusiyalı qadın oktyabrın 13-də Antalya hava limanının əlillər üçün tualetdə uşaq dünyaya gətirib və onu unitaza atıb. Qız uşağını xadimələr tapıblar. Körpənin 10 dəqiqədən çox tək qaldığı müəyyən edilib. Sonradan ana artıq çəkisi səbəbindən hamiləliyindən xəbəri olmadığını iddia edib. Onun barəsində cinayət işi açılıb.
Yeni doğulmuş körpə Türkiyədə xəstəxanaya yerləşdirilib və ona Rusiya vətəndaşlığı rəsmiləşdirilib. Yaxın zamanda qız uşağının Rusiyaya köçürüləcəyi gözlənilir.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə və İran xarici işlər naziriləri görüşüblər
- Andrey Rudenko: "Rusiya Suriya məsələsi ilə bağlı Türkiyə və İranla üçtərəfli görüşü istisna etmir"
- "Türkiye gazetesi": "Bəşər Əsəd Türkiyəyə danışıqlar təklifi göndərib"
- Türkiyədə ağır qəza: Beş nəfər öldü
- Hakan Fidan: "Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur"
Rəylər