Qazaxıstanın cənubundakı Türküstan vilayətində yerləşən Orda poliqonunda "Sərhədsiz Qardaşlıq-III" təlimi keçirilib.
Oxu.Az bu barədə "TRThaber"ə istinadən xəbər verir.
Məlumata görə, keçirilən çoxmillətli təlimə Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan silahlı qüvvələrinin xüsusi bölmələrindən 400-dən çox əsgər qatılıb. Qırğızıstan və İordaniya isə təlimlərdə müşahidəçi kimi iştirak edib.
İştirakçı ölkələr və onların orduları arasında təcrübə mübadiləsini təmin etmək, komanda-idarəetmə sistemləri və hərbi hissələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədilə keçirilən təlim çərçivəsində taktiki atış, paraşütdən istifadə və dağ hazırlığı təşkil edilib.
Təlimin son mərhələsində isə birliklər, sərhədi keçərək sıx əhalili bölgəyə sığınan qanunsuz silahlı qrupu zərərsizləşdirməyə yönəlmiş xüsusi əməliyyat həyata keçirib.
Türküstanda "Sərhədsiz Qardaşlıq-III" adlı təlim keçirilib
Rəylər