"İran Yaxın Şərqdəki müqavimət qüvvələrinə qarşı həyata keçirdikləri hücumlara cavab olaraq İsrail və ABŞ-yə sarsıdıcı zərbə vuracaq".
Oxu.Az İran mətbuatına istinadən xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Əli Xamenei deyib.
"Təkəbbürlə mübarizə bizim borcumuzdur. Təkəbbür, hərtərəfli - iqtisadi, hərbi və mədəni hökmranlıq və başqa xalqların alçaldılması deməkdir. Onlar uzun illər İran xalqını aşağılayıblar. Ona görə də İran xalqı təkəbbürə qarşı müqavimət göstərib və müqavimət göstərəcək", - deyə Xamenei əlavə edib.