"Barselona" İspaniya çempionatının 38-ci turu çərçivəsində səfərdə "Sevilya"ya qalib gəlib.
Oxu.Az xəbər verir ki, Kataloniya komandasının 2:1 hesabı ilə qalib gəldiyi oyunun qollarını Robert Levandovski (15-ci dəqiqə) və Lopes Fermin (59-cu dəqiqə) vurublar. "Sevilya"da qolu Yusif En Nesirinin (31) vurub.
Qeyd edək ki, "Barselona" 85 xal toplayıb və ölkə çempionatında mövsümü ikinci yerdə başa vurub. "Sevilya" (41) 14-cü yerdə qalıb.
Daha əvvəl Kataloniya klubu baş məşqçi Xavinin cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcəyini açıqlamışdı. "Sevilya"nın baş məşqçisi Kike Sançes Flores də postunu tərk edəcək.