Yaponiyada sunami xəbərdarlığı edilib. Buna səbəb 5.9 bal gücündə baş verən zəlzələ olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat verib.
Yeraltı təkanlar yerli vaxtla saat 8:14-də İdzu adaları yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
İdzu və Oqasavara arxipelaqlarının sakinlərinə sunami ilə bağlı xəbərdarlıq edilib. Dalğanın hündürlüyünün bir metrə çatacağı gözlənilir.
Rəylər