Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaşar Güler yeni əməliyyatı anons etdi: “Ən qısa zamanda Türkiyəni terror bəlasından xilas edəcəyik”
“Prezident Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi çərçivəyə uyğun olaraq bu yay İraq sərhədimizi təmin edəcək dairəni tamamlayacaq və terror problemini aradan qaldıracağıq”.
Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler jurnalistlərə açıqlamasında deyib.
O, sərhədlər xaricində yeni əməliyyatların başlanacağını anons edib: “Bunun üçün kimsədən icazə almayacağıq. Artıq Türkiyə terrorla mübarizədə yeni bir səhifə açmalıdır. Prezidentimiz də belə düşünür. Ən qısa zamanda bu işi bitirib, Türkiyəni terror bəlasından xilas edəcəyik. Son 5-6 ildir ki, mübarizə aparırıq”.
Nazir qeyd edib ki, ABŞ İŞİD-lə mübarizə adı ilə PKK/YPG/SDG terror təşkilatlarını dəstəkləməyə davam edir.
“Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqasından istifadə etmək doğru deyil. Bunun bəhanəsi yoxdur. İŞİD-lə mübarizə aparan tək ordu Türkiyə Silahlı Qüvvələridir”, - deyə Güler əlavə edib.
Mənbə: yirmidort.tv
"İraq" teqi üzrə xəbərlər
- İraqda evlilik yaşı doqquza endirilə bilər
- Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
- İran bir neçə gün ərzində İraqdan İsrailə zərbə endirmək niyyətindədir
- Bağdadda Səudiyyə Ərəbistanının xəbər agentliyinin yerləşdiyi binaya hücum olub
- Suriya və İraqdan Azərbaycana səkkiz nəfər repatriasiya edilib
Rəylər