İqlim dəyişikliyi Yaxın Şərqi yaşayış üçün yararsız edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici Əlaqələr Şurası mütəxəssislərinin "Foreign Policy" jurnalında dərc olunan məqaləsində qeyd olunur.
"İqlim dəyişikliyi Yaxın Şərqi yaşayış üçün yararsız edəcək. Bu yay region üçün amansız istilərlə müşahidə olunub və onun nəticələri bütün dünyaya yayılır", - məqalədə deyilir.
Mütəxəssislər qeyd ediblər ki, cari il iyulun ortalarında Dubayda havanın hərarəti 62 dərəcəyə çatıb. İyunun sonunda Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Böyük Məsciddə 51 dərəcə temperatur qeydə alınıb. 1 300-dən çox insan bu anomal havanın qurbanı olub.
Bundan əlavə, Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər su çatışmazlığı regionun ümumi daxili məhsulunu 14 faizə qədər azaldacaq. UNICEF hesabatında isə göstərilir ki, Misir 2025-ci ilə qədər susuz qala bilər.
Rəylər