Yəmənin Ədən limanı sahillərində gəmiyə zərbə endirilib.
Bu barədə Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi rəsmi "X" hesabında məlumat yayıb.
Hadisə limandan 129 kilometr cənub-qərbdə qeydə alınıb. Kapitan gəminin arxa hissəsinə mərmi düşdüyünü və gəmidə yanğın başladığını bildirib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, Yəmənin şimalında Qırmızı dəniz sahillərinin əksər hissəsinə qiyamçı husilər nəzarət edirlər. Husilər Fələstinə dəstək məqsədilə İsraillə bağlı ticarət gəmilərini hədəf alacaqlarını bəyan ediblər.
UKMTO WARNING INCIDENT 081 ATTACK UPDATE 001https://t.co/6mNrG6WD8m#MaritimeSecurity #MarSec pic.twitter.com/qDbhpFd1og
— United Kingdom Maritime Trade Operations (UKMTO) (@UK_MTO) June 9, 2024
Mənbə: TASS