"Elcan Hacıyevə qarşı heç bir hakim ədalətsizliyi olmayıb".
"Report" xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
Qurum rəsmisi Azərbaycan cüdoçusu Elcan Hacıyevin Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında fransalı rəqibi Nqayap Hambu ilə görüşdə hakimin qərəzli qərarları ilə üz-üz qalması iddialarına münasibət bildirib:
"Bəzi saytlar və sosial şəbəkələrdə hakimin ədalətsiz qərar qəbul etməsi barədə yazılar dərc olunmağa başladı. Bildirmək istəyirəm ki, idmançımız fənd işlətməzdən əvvəl görüşün baş hakimi ona "dayan" işarəsi vermişdi. Belə olan halda heç bir texniki hərəkət qiymətləndirilmir. Elcan Hacıyevə qarşı heç bir hakim ədalətsizliyi olmayıb. Hər şey qaydalara uyğun idi".
Qeyd edək ki, Elcan Hacıyev 1/8 finalda məğlub olaraq turnirlə vidalaşıb.
Rəylər