Fransada keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib.
"Report" xəbər verir ki, yığmamızın lideri Hidayət Heydərov Tohar Bitbul (İsrail) - Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.
Hidayətlə yanaşı sonuncu dünya çempionatının qızıl medalını qazanan Zelim Tçkayev isə Umar Alfa Djalo (Fransa) - Abdelrahman Abdelqani (Misir) cütünün qalibi ilə qarşılaşacaq.
İyulun 27-də start götürəcək cüdo yarışlarında ölkəmizi 7 kişi və 2 qadın tatami ustası təmsil edəcək.
Kişilər
27 iyul
60 kq
Balabəy Ağayev - Simon Zulu (Zambiya)/Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi
28 iyul
66 kq
Yaşar Nəcəfov - Straxinya Bunçiç (Serbiya)
29 iyul
73 kq
Hidayət Heydərov - Tohar Bitbul (İsrail)/Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi
30 iyul
81 kq
Zelim Tçkayev - Umar Alfa Djalo (Fransa)/Abdelrahman Abdelqani (Misir) cütünün qalibi
31 iyul
90 kq
Elcan Hacıyev - Mihael Zqanq (Türkiyə)
1 avqust
100 kq
Zelim Kotsoyev - Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi
2 avqust
+100 kq
Uşanqi Kokauri - Rafael Silva (Braziliya)
Qadınlar
27 iyul
48 kq
Leyla Əliyeva - Xalimajon Kurbanova (Özbəkistan)
28 iyul
52 kq
Gültac Məmmədəliyeva - Anjelika Delqado (ABŞ)
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışının püşkatma mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Mərasimdə Azərbaycan cüdoçularının rəqibləri də bəlli olacaq. İdmançılarımızdan dördü püşkatmada səpələnmişlər arasında olacaq. Bunlar Balabəy Ağayav (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyevdir (100 kq).
Qeyd edək ki, Paris-2024-ün cüdo turnirində 122 ölkədən 378 idmançı mübarizə aparacaq.
Rəylər