Əlcəzairli Olimpiya çempionu İman Xəlif peşəkar boks karyerasına başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Əlcəzairin "En Nahar" qəzeti məlumat yayıb.
Xəlif ona çoxlu təkliflər gəldiyini, lakin hansını seçəcəyinə hələ qərar vermədiyini bildirib. O, çox tezliklə peşəkar olacağını qeyd edib.
Xatırladaq ki, Beynəlxalq Boks Assosiasiyasının (IBA) həm gender testlərindən keçə bilmədiyi, həm də kişi xromosom dəstinə malik olması ilə bağlı açıqlamalarına görə, Xəlif və tayvanlı Lin Yutinin Olimpiadada iştirakı ətrafında qalmaqal yaranıb.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmançıların müdafiəsinə qalxaraq IBA-nın yoxlamalarını qeyri-legitim adlandırıb. Hər iki boksçu olimpiya çempionu olub.
Rəylər