Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev karyerasını başa vurub.
İdman.biz xəbər verir ki, 34 yaşlı atlet ehtiyac duyulacağı halda yenidən start xəttinə çıxa biləcəyini də istisna etməyib.
"Peşəkar karyeramı bitirmişəm. Ola bilsin ki, lazım gələrsə, estafet komandasında çıxış edim. Amma bu mövzu ilə bağlı hələlik federasiya ilə danışmamışıq. İdmanla hazırda yalnız zövqüm üçün məşğul oluram".
Qeyd edək ki, dünya və Avropa çempionu ötən il zədələndiyi üçün yalnız Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində yarışlara qatılıb. Lakin dördilliyin əsas yarışında iştirak hüququ qazana bilməyib.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
- Aleksandr Tarakanov: "Bir gündə üç dəfə Azərbaycan himni səsləndi, hər kəsi heyrətləndirdik"
- Ukraynalı atlet Yaroslava Maquçixin dünya rekordu təsdiqlənib
- Gender testindən keçə bilməyən İman Xəlif peşəkar boksa üz tutacaq
- Olimpiya Oyunlarının iştirakçısı ana oldu
Rəylər