İspaniya millisinin hücumçusu Alvaro Morata Belqrad və Cenevrədə keçiriləcək yoldaşlıq görüşlərində milli komandasına kömək edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, hazırda "Milan" klubunun şərəfini qoruyan Alvaro Morata Cəbəllüttariqə qarşı etdiyi irqçi hərəkətlərə görə cəza aldığı üzündən Belqraddakı görüşü buraxmalı olacaq. Cenevrədəki görüşdə isə zədə üzündən komandasına kömək edə bilməyəcək.
"Milan" klubunun həkimləri futbolçunun zədəsinin ciddi olduğunu və minimum üç həftə yaşıl meydanlarda olmayacağını bildiriblər.
Qeyd edək ki, Alvaro Morata yay transfer pəncərəsi zamanı "Atletiko Madrid"dən "Milan"a transfer olunub. Futbolçunun İspaniyadan İtaliya klubuna keçməsi isə həyat yoldaşı ilə boşanmasına səbəb olub.
Rəylər