UEFA İspaniya millisinin üzvləri Rodri və Alvaro Moratanı cəzalandıracaq.
Oxu.Az Skysports.com-a istinadla xəbər verir ki, buna səbəb onların çempionluğu qeyd edərkən Cəbəllüttariqə ərazi iddiası edən mahnı oxumasıdır.
Buna görə də adıçəkilən ölkə UEFA-ya şikayət edib. Hazırda araşdırma gedir və qurum yaxın günlərdə qərarını açıqlayacaq.
Xatırladaq ki, ispanlar qitə turnirinin finalında İngiltərəyə 2:1 hesabı ilə qalıb gəliblər.
Rəylər