Amerika Kubokunun C qrupunda qərarlaşan komandaların görüşündə Boliviya millisi Panama yığması ilə, Uruqvay isə ABŞ ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, hazırda altı xalı olan Uruqvay millisi qrupun vahid lideridir. Hərəyə üç xalı olan ABŞ və Panama isə ikinci, üçüncü pillələri bölüşürlər. Xalsız olan Boliviya qrupun sonuncusudur.
ABŞ millisi növbəti mərhələyə yüksəlmək üçün Uruqvayla görüşdə mütləq qələbə qazanmalı olacaq. Əgər Panama millisi Boliviya ilə görüşdən qalib ayrılarsa və ABŞ xal itkisi ilə üzləşərsə, turnirlə vidalaşmalı olacaq.
2 iyul
C qrupu
ABŞ - Uruqvay
Saat 5:00, "Arrowhead Stadium"
Boliviya - Panama
Saat 5:00, "Inter&Co Stadium"
Rəylər