FIFA Argentina millisinin futbolçularının irqçi şüarlar səsləndirdiyi videonun ortaya çıxmasından sonra araşdırmaya başlayıb.
Məlumata görə, bu barədə qurumun rəsmi saytında bəyanat yayılıb.
"FIFA sosial şəbəkələrdə yayılan videonu görüb və araşdırma aparır. FIFA oyunçular, azarkeşlər və rəsmilər də daxil olmaqla, hər kəs tərəfindən ayrıseçkiliyin istənilən formasını qətiyyətlə pisləyir", - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Argentina yığmasının futbolçularının Amerika Kubokunu qazandıqdan sonra avtobusda mahnı oxuduğu anı komandanın yarımmüdafiəçisi Entso Fernandes canlı yayımlayıb. Mahnının mətnində bəzi fransalı oyunçuların Afrika mənşəyi qabardılır.
Fransa Futbol Federasiyasının da bununla bağlı FIFA-ya şikayət edəcəyi bildirilirdi.
Entso Fernandes davranışına görə üzr istəyib. Onun formasını geyindiyi İngiltərənin "Çelsi" klubu da araşdırmaya başlayıb. London təmsilçisinin heyətində 7 fransalı futbolçu çıxış edir.
Rəylər