İngiltərə Premyer Liqasının (İPL) 9-cu turunun "Arsenal" - "Liverpul" oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Liverpuldakı "Emireyts" stadionunda qarşılaşıblar. Matçı Entoni Teylorun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Görüş heç-heçə başa çatıb. Yekun hesab 2:2.
Londonluların qollarına Bukayo Saka və Mikel Merino imza atıblar. Qonaqlar Vircil van Deyk və Məhəmməd Salahın dəqiq zərbələri ilə cavab veriblər.
Hazırda "Liverpul" İngiltərə çempionatının turnir cədvəlində ikinci yerdədir. Arne Slotun komandası doqquz görüşdən sonra 22 xal toplayıb. "Arsenal" 18 xalla üçüncü pillədə qərarlaşıb. İPL-in 2024/2025 mövsümünün turnir cədvəlinə doqquz oyundan sonra 23 xal toplayan "Mançester Siti" başçılıq edir.
Rəylər