Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, 2-ci yarış günündə üç cüdoçumuz tatamiyə çıxacaq.
Kişilərin 73 kq çəki dərəcəsində iki cüdoçumuz mübarizə aparacaq. 81 kq-da isə bir cüdoçumuz qələbə uğrunda yarışacaq.
Avropa çempionatı
73 kq
Vüsal Qələndərzadə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. Onun rəqibi kosovolu Dion Şarapolli olacaq.
İlk mərhələdə güləşəcək Aydın Rzayev İbrahim Demireldən (Türkiyə) üstün olmağa çalışacaq.
81 kq
Süleyman Şükürov da 1/16 finaldan başlayacaq. O, Petrov Kesovla (Kipr) üz-üzə gələcək.
Qeyd edək ki, ilk gündən sonra millimizin aktivində iki qızıl, bir gümüş medal var. Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Nizami İmranov (60 kq) gümüş medal qazanıb.
Rəylər