Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan "Böyük Dəbilqə" turnirinin sonuncu günündə gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, idmançı finalda Valeri Endotovskiyə (AİN) məğlub olub.
Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Murad Fətiyev (90 kq) və Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.
Rəylər