Çempionlar Liqası və Avropa Liqasında III, Konfrans Liqasında II turun oyunları klubların reytinqində bəzi dəyişikliklərə səbəb olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Evdə "Ayaks"a 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bir pillə geriləyərək "Ferentsvaroş"la birlikdə 58-ci sırada qərarlaşıb.
Hər iki komandanın hesabında 32,000 xal var.
Təmsilçimizi "Bodo Qlimt" qabaqlayıb. Avropa Liqasının növbəti turunda "Qarabağ"ı qəbul edəcək Norveç klubu 33,000 xala malikdir.
Qeyd edək ki, "Qarabağ" "Top-100"də yeganə Azərbaycan klubudur.
Rəylər