Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Ayaks"ın "Qarabağ"da çıxış etmiş yetirməsi: "Qurban Qurbanovun sözü qanun idi"
"Qurban Qurbanov elə fikirləşirdi ki, mən çox kökəm"
Oxu.Az xəbər verir ki, bunu "Ayaks"ın yetirməsi və "Qarabağ"ın sabiq futbolçusu Raydel Pupon deyib.
Artıq karyerasını başa vuran 37 yaşlı futbol veteranı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barədə danışıb:
"O elə fikirləşirdi ki, mən çox kökəm. Mən 83 kq idim. Çəkimi 79 kq salmalı oldum. Əgər buna riayət etməsəydim, cərimə ödəyəcəkdim. Bunu bacardım. Artıq o vaxt məndə belə hiss yarandı ki, bizim münasibətlər alınmayacaq. Mən müqavilə imzalamazdan əvvəl baş məşqçi ilə danışmaq istəyərdim. O, çox ciddi və nüfuzludur. Baş məşqçinin istəyi qanun idi. O, futbolçuların arasında deyil, onlardan çox yüksəkdə idi. Baş məşqçi hər şeyə əhəmiyyət verir, polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi - 9 il sonra bir az dəyişib. İnsanlar dəyişə də bilər. Amma mən ona uyğun gəlmirdim".
Qeyd edək ki, Pupon "Qarabağ"da çıxış etdiyi müddət ərzində 15 oyunda bir qol vurmuşdu.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- "Qarabağ" 24 il əvvəlki rekordu təkrarlayıb
- Fatih Terim "Qarabağ" klubunun bazasını ziyarət edib
- Fatih Terim: "Qurban Qurbanovu daim izləyirəm"
- Dünyanın 10 məşhur futbol klubunun rəsmiləri COP29-da: Yeni alyans yaradılır
- "Turan" və "Kəpəz" veteranları arasında oyun: Qurban Qurbanov qol vurdu, qalib müəyyənləşmədi
Rəylər