I Liqada çıxış edən "İmişli" klubunun iki futbolçusu azarkeşlərə kənar əşya atdığı üçün ikioyunluq cəzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
İdris İnqilablı və Bahadur Həziyev V turda "Karvan"la matçda fanatlara kənar əşya atıblar.
"İmişli" onların bu hərəkətinə görə 400 manat (hərəsi 200) cərimə olunub.
Qeyd edək ki, qarşılaşma "Karvan"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəylər