Azərbaycanın Yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, o, üçüncü yer uğrunda mübarizədə çinli Venhao Hu üzərində qələbə qazanıb.
Bildirilir ki, görüş 6:5 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb.
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvləri dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurublar. Bundan əvvəl Cocu Səmədov (87 kq) dünya çempionatının gümüş medalını qazanıb.
Rəylər