"Mançester Siti" klubunun keçmiş futbolçusu Stefan Yovetiç karyerasını Azərbaycanda davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, monteneqrolu hücumçu Premyer Liqanın iki klubuna təklif olunub.
34 yaşlı forvard hazırda azad agentdir. Menecerləri onu "Sabah" və "Neftçi"yə təklif ediblər. Lakin hücumçunun maaşının yüksək, yaşının çox olması paytaxt təmsilçilərinin bu keçidə ehtiyatla yanaşmasına səbəb olub.
Qeyd edək ki, Yovetiç "Partizan" (Serbiya), "Fiorentina", "İnter" (İtaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "Monako" (Monako), "Herta" (Berlin, Almaniya), "Olimpiakos" (Yunanıstan) kimi klublarda çıxış edib.
Rəylər