Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsində daha dörd oyun keçirilib.
Oxu.Az-ın məlumatına görə, oyunlar 1/8 finalın dörd iştirakçısını müəyyən edib.
Bunlar "Qaradağ Lökbatan", "Mingəçevir", "Şamaxı" və "Difai"dir.
"Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Şamaxı" "Şəmkir"i (6:1), "Difai" "Şəfa"nı (3:2) məğlub edib.
Qalib gələn klublar növbəti raundda müvafiq olaraq "Səbail", "Araz-Naxçıvan", "Zirə" və "Neftçi" ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" isə "Dinamo"nu (6:0) məğlub edib.
Azərbaycan Kubokunun II təsnifat mərhələsi oktyabrın 31-də başa çatacaq.
Bu gün Azərbaycan Kubokunun II təsnifat mərhələsində daha dörd görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Qaradağ Lökbatan" "Karvan"la, "Mingəçevir" "Zaqatala" ilə, "Şamaxı" "Şəmkir"lə saat 14:00-da, "Şəfa Bakı" isə "Difai Ağsu" ilə saat 15:00-da qarşılaşacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinə sabah keçiriləcək "İmişli" "Cəbrayıl", "Qəbələ" "Bakı Sportinq" görüşləri ilə yekun vurulacaq.
30 oktyabr
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
Saat, 14:00 "Qaradağ Lökbatan" - "Karvan"
Saat, 14:00 "Mingəçevir" - "Zaqatala"
Saat, 14:00 "Şamaxı" - "Şəmkir"
Saat, 15:00 "Şəfa" - "Difai Ağsu"
Rəylər