Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa Portuqaliya futboluna töhfə verdiyi üçün xüsusi mükafat təqdim olunub.
Oxu.Az xəbər verir ki, 69 yaşlı mütəxəssis "Liga Portugal Awards"ın seçiminə əsasən, Portuqaliya futbolunun beynəlxalq uğurlarında ən çox töhfə verən simalardan biri olub.
Qeyd edək ki, iyun ayından yığmamızın sükanı arxasına keçən F.Santuş 2016-cı il Avropa çempionatında Portuqaliya yığmasının baş məşqçisi kimi qızıl medal qazanıb.
Rəylər