"Turan Tovuz"da işləyən Kurban Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onadək 63 əcnəbi mütəxəssis və ya bu vəzifənin müvəqqəti icraçısı komandasına rəhbərlik edib.
Berdıyevin debütü I turda "Neftçi" ilə qolsuz heç-heçə etdikləri qarşılaşmada gerçəkləşib.
Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi də tovuzlulara rəhbərlik edib. 2001/02 mövsümündə Naci Şensoy sadəcə "Turan" adlanan klubun "sükanı arxası"nda çalışıb.
Rəylər