İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri üçüncü yerə çıxıblar.
Oxu.Az xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 3 medal qazanıb.
Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Əmrah Əmrahov (48 kq) isə bürünc medal əldə edib.
Yekunda 105 xal toplayan millimiz komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.
Azərbaycanın iki güləşçisi İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bildirilib ki, Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) mundialın qalibi olublar.
Final görüşlərində Daşdəmirov qırğızıstanlı Kutman Kalbayevə, Cavadov isə gürcüstanlı Vaxtanq Loluaya qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Əmrah Əmrahov (48 kq) yarışın bürünc mükafatını qazanıb.
Rəylər