Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, oktyabr üçün müəyyənləşən siyahının ilk üçlüyündə dəyişiklik olmayıb.
Cədvələ yenə Olimpiya çempionu olan cüdoçu Hidayət Heydərov başçılıq edir. Onun aktivində 590 xal var.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci (500 xal) yerdə qərarlaşıb. Üçüncü pilləni digər Olimpiya çempionu, cüdoçu Zelim Kotsoyev tutur - 470 xal.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Rəylər