İspaniya primerasının VI turunun "Vilyareal" - "Barselona" matçı baş tutub.
Oxu.Az xəbər verir ki, görüş Vilyarealdakı Ceramica stadionunda baş tutub. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. Yekun hesab - 1:5.
Katalonların tərkibində Robert Levandovski və Rafinya hərəyə bir dubl ediblər. Həmçinin, Pablo Torre də bir qol vurub. Meydan sahibləri Ayose Peresin dəqiq zərbəsi ilə cavab verib.
Beləliklə, kataloniyalılar La Liqanın cari mövsümündə ardıcıl altıncı qələbəsini qazanıb. "Barselona" 18 xalla turnir cədvəlində birinci yerdədir, "Vilyareal" isə 11 xalla La Liqa cədvəlinin beşinci pilləsində qərarlaşıb.
Rəylər