Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Almaniya kuboku: "Bavariya" "Ulm"u darmadağın etdi
Almaniya kubokunun 1/32 final mərhələsində "Bavariya" səfərdə 2-ci Bundesliqanı təmsil edən "Ulm"u darmadağın edib - 0:4.
Oxu.Az xəbər verir ki, 34 yaşlı Tomas Müller dubla imza atıb.
Matçın sonlarına yaxın ehtiyatdan meydana daxil olan Kinqsli Koman hesabı 0-3 edib. Ona asisti münhenlilərin yayda yeni gələn oyunçusu Mixael Olise edib. Yekun hesabı 90+3-cü dəqiqədə Harri Keyn qoyub.
Bu, "Bavariya"nın Vinsent Kompaninin rəhbərliyi altında debüt rəsmi oyunu idi. "Börnli"nin keçmiş baş məşqçisi 2023/24 mövsümünün sonunda Tomas Tuheli əvəz edərək münhenlilərin komandasına rəhbərlik edib.
Qeyd edək ki, avqustun 20-də "Bavariya" İsveçrənin "Qrasshoppers" komandası ilə yoldaşlıq oyunu keçirəcək, 25-də isə Bundesliqanın 1-ci turu çərçivəsində səfərdə "Volfsburq"la qarşılaşacaq.
Ulm 2024/25 mövsümündə ardıcıl üçüncü məğlubiyyətini qazanıb. Yeni İkinci Bundesliqanın startında komanda "Kayzerslautern" (1:2) və "Reqensburq"a (0:1) məğlub olub.
Rəylər