UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1 790 ədəd) bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Bildirilib ki, biletin qiyməti 31 manat təşkil edir.
Qeyd edək ki, qarşılaşma martın 14-ü “BayArena”da keçiriləcək.