"Mançester Siti" klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib.
Oxu.Az Sports.ru-ya istinadla xəbər verir ki, səsvermənin nəticələrinə görə, ikinci pillədə "Liverpul"un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard qərarlaşıb. İngiltərə futbolunun digər məşhur siması, "Çelsi", "Vest Hem" və "Mançester Siti" kimi klubların formasını geyinmiş Frenk Lempard ilk üçlüyü tamamlayıblar.
Siyahıda, həmçinin Pol Skoulz ("Mançester Yunayted"), Patrik Vieyra ("Arsenal", "Mançester Siti"), Roy Kin ("Mançester Yunayted", "Nottingem Forest"), Rodri ("Mançester Siti"), Sesk Fabreqas ("Arsenal", "Çelsi"), Yaya Ture ("Mançester Siti") və David Silva ("Mançester Siti") yer alıblar.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 16-da start verilib.
Rəylər