"Mançester Siti"nin 33 yaşlı hücumçusu Kevin De Bruyne Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçməyə razılaşıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, hazırda İngiltərə klubu ilə "Əl-İttihad" arasında danışıqlar davam edir.
Xatırladaq ki, yarımmüdafiəçi 2015-ci ildən "Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalındakı məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.
Rəylər